
Ötən gün maşını ilə Mərdəkan istiqamətində hərəkətdə olan müğənni Rüfət Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, onu 127 km/saatla sürüb.
Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Bakı şəhər DYPİ-dən “Qafqazinfo”ya bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobili yol polisi əməkdaşları saxlayıb və müvəqqəti mühafizə olunan cərimə meydançasına yerləşdirilib.
Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
