Gəncədə sürücülər arasında mübahisə olub, bıçaqlanan var

Tarix :
Gəncədə sürücülər arasında mübahisə olub, bıçaqlanan var

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb.

Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.