Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Rusiya ilə Ermənistan arasında münasibətlərdə çətinliklər aradan qaldırıla bilər" - Qaluzin

Tarix :
"Rusiya ilə Ermənistan arasında münasibətlərdə çətinliklər aradan qaldırıla bilər" - Qaluzin

"İkitərəfli münasibətlərin əsas gücü Ermənistan və Rusiya xalqlarının onların möhkəmlənməsinə tərəfdar olmasıdır.Rusiya ilə Ermənistan arasında münasibətlərdə yaranan müvəqqəti çətinlikləri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi perspektivi ilə aradan qaldırmaq olar".
Bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
O, Ermənistan və Rusiya xalqları arasında çoxsaylı tarixi, mədəni, humanitar və iqtisadi əlaqələri vurğulayıb.
"Bu, təkcə məndə deyil, hamımızda inam yaradır ki, münasibətlərimizdəki bəzi müvəqqəti çətinliklər nəinki aradan qaldırıla bilər, həm də çoxşaxəli əlaqələrimizin daha da inkişafı üçün onların öhdəsindən gəlmək olar", - Mixail Qaluzin deyib.
Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, Ermənistan və Rusiya xalqları bu əlaqələrin möhkəmlənməsinə, inkişafına, genişləndirilməsinə və dərinləşməsinə tərəfdardırlar və “bu, bizim münasibətlərimizin əsas gücüdür”.