Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

Tarix :
Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

Qazaxıstanın cənubundakı Cambil vilayətində hava şəraiti ilə əlaqədar regional fövqəladə vəziyyət elan edilib.
Xarici KİV xəbər verir ki, vilayət qubernatorluğundan verilən açıqlamada, buna səbəbin soyuq hava, qar fırtınası və görmə məsafəsinin azalması kimi əlverişsiz hava şəraiti olduğu bildirilib.
Açıqlamada, güclü külək və qar yağması səbəbindən əyalətin 4 rayonunda elektrik enerjisinin kəsildiyi qeyd olunub.
Son 2 gündə qar səbəbindən rayonda köməksiz vəziyyətdə qalan 5 mindən çox insanın xilas edildiyi, dövlət sərhədindən keçən bütün şəhərlərarası avtomobil yollarının nəqliyyatın hərəkətinə bağlandığı açıqlanıb.
Cambil vilayətinin polis rəisi Armanbek Baymurzin bildirib ki, mindən çox avtomobil bölgədə magistral yollarda qalıb.