Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İki günə 1 yaşı olacaqdı, cərəyan vurub öldürdü

Tarix :
İki günə 1 yaşı olacaqdı, cərəyan vurub öldürdü

Sverdlovsk vilayətində körpəni cərəyan vurub.
Rusiya teleqram kanalları bildirir ki, dekabrın 14-də körpə Krasnoufimskdə öz otağında tək oynayırmış. Anası isə mətbəxdə ev işləri ilə məşğul olub. Uşağın diqqətini müxtəlif rənglərdə parıldayan parlaq çələng cəlb etdi. O, əlini naqilə uzadıb, təsadüfən onu rozetkadan çıxarıb və elektrik cərəyanı onu vurub. Ana oğlunu artıq huşsuz vəziyyətdə görüb və təcili yardım çağırıb.
Uşaq təcili yardım gələnə qədər ölüb.
Məlumata əsasən, iki günə onun bir yaşı tamam olacaqmış.