Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB (FOTOLAR)

Tarix :
Növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB (FOTOLAR)

Bakı, Sumqayıt şəhərlərindən və bir neçə rayondan Laçına - doğma yurduna yollanan ailələr Zabux kəndinə çatıb.
Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 92 nəfərin yurd həsrəti bitib.
Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri və Azərbaycan dövləti tərəfindən yenidən qurulan kəndin gözəl mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla anıblar.
Bununla da Zabux kəndində 146 ailə, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.
*** 07:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Bakı və Sumqayıt şəhərlərindən Abşeron rayonundan köçürülən 16 ailə (62 nəfər) dekabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.
Mingəçevir şəhərində, Bərdə, Lənkəran və Ağcabədi rayonlarında məskunlaşmış 9 ailə (30 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir:
- Lənkəran rayonundan – 1 ailə (4 nəfər);
- Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər);
- Ağcabədi rayonundan – 1 ailə (2 nəfər)
Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir:
Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin ümumi sayı 146-ya (567 nəfər) çatıb.
Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.
  • Növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB (FOTOLAR)
  • Növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB (FOTOLAR)