Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən aktrisa intihar etdi

Tarix :
Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən aktrisa intihar etdi

Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən fransız aktrisa Emmanuel Debever intihar edib.

Bu barədə "The Hollywood Reporter” yazır.

Nəşrin məlumatına görə, 60 yaşlı Debever dekabrın 7-də özünü Sena çayına atıb. Aktrisanın ölümünü Fransa rəsmiləri təsdiqləyib və bunu intihar kimi qiymətləndiriblər.

Debever Fransa televiziyasının Depardyeyə qarşı cinsi təcavüz iddialarını araşdıran sənədli filmi yayımladığı gün vəfat edib. Sənədli filmdə Depardyenin Corc Danton rolunu oynadığı və 1982-ci ildə rejissor Anje Vaydanın çəkdiyi tarixi dram olan "Danton” filminin çəkiliş meydançasında Depardyenin təcavüzünün qurbanı olduğunu iddia edən aktrisanın iddiaları da yer alıb. 


2019-cu ildə Debever, Depardyenin çəkiliş meydançasında ona cinsi təcavüz etdiyini söyləyib. 

"Bu vəhşi çəkiliş zamanı faytonun içərisindəki yaxınlıqdan maksimum istifadə edərək, çox əyləndi. Onun sözləri ilə desək, ‘özümü daha rahat hiss edim deyə” öz kök pəncəsini parlarımın altına soxdu... Mən buna imkan vermədim”, - o vaxt Facebook-da yazıb. 

Apreldə məlum olub ki, Jerar Depardyeyə qarşı zorlama ittihamına nalayiq hərəkətlərlə bağlı daha 13 qadının şikayətləri daxil edilib. Depardye ittihamları qəti şəkildə rədd edir. Oktyabr ayında Depardye Le Figaro-nun səhifəsində açıq məktub yazıb və orada cinsi zorakılıq iddialarını rədd edib.