
Türkiyənin reytinqli layihələrindən olan "Yalı Çapkını"nın aktyorları Afra Saraçoğlu və Tarık Emir Tekinin eşq yaşadığı iddia edilib.
Türkiyə KİV xəbər verir ki, bu barədə Tarık Emir Tekin açıqlama verib.
Ötən gün İstanbulun Etiler səmitində görüntülənən aktyor yayılan xəbərlərin yalan olduğunu bildirib:
"Mən belə açıqlamalar verməkdən çəkinmirəm. Bu dedi-qodu mənim şəxsi həyatıma aiddirsə, bildirmək istəyirəm ki, Afra ilə aramda heçnə yoxdur".
Xatırladaq ki, "Yalı Çapkını"nında Tarık Emir Tekin "Kaya" obrazına, Afra Saraçoğlu "Seyran" rolunu canlandırır.
