Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda 9 yeni metrostansiya istifadəyə veriləcək - Video

Tarix :
Bakıda 9 yeni metrostansiya istifadəyə veriləcək - Video


Bakı metrosunun şəbəkəsi genişləndiriləcək, yeni stansiyalar tikiləcək. Bununla bağlı metronun konseptual inkişaf sxemi artiq təsdiq olunub. Həmin sxem hazırlanarkən Bakının inkişaf perspektivləri xüsusi öyrənilib, monitorinqlər aparılıb, sorğular keçirilib.
"Xəzər Xəbər" xəbər verir ki, Bakının metro xətlərində baş verəcək ən maraqlı dəyişiklik bənövşəyi xətlə bağlıdır.
Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından götürən bu xətt Xocahəsən qəsəbəsinədək uzanacaq və bu xətt üzərində bir neçə stansiya inşa olunacaq. Daha sonra həmin xətt Qaraçuxur qəsəbəsinədək çatdırılacaq.
"Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov deyib ki, metropoliten üçün prioritet olan məsələ xətlərin ayrılması layihəsidir. Bu layihə mərhələli şəkildə 9 yeni stansiyanın tikintisini nəzərdə tutur. Bunlardan 3-ü "Dərnəgül"dən sonra "Koroğlu"ya qədər Ziya Bünyadov prospekti üzərində olacaq stansiyalardır.
Yeni stansiyaların istifadəyə verilməsi həmçinin Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə də Maştağa və Zabrata əlavə marşrut xətlərinin açılmasına da imkan verəcək.
Daha ətraflı videomaterialda: