Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şarl Mişel rəsmi Bakı ilə ixtilafın səbəbini dedi

Tarix :
Şarl Mişel rəsmi Bakı ilə ixtilafın səbəbini dedi

Azərbaycan prezidenti Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan etsə də, kommunikasiyaların açılması məsələsində fikir ayrılıqları var.
Bunu Avropa Şurasının rəhbəri Şarlz Mişel “Azadlıq” radiosuna eksklüziv müsahibəsində deyib.
“Əslində, dəqiq desək, Naxçıvanla Azərbaycan arasında Ermənistanın suverenliyinə və qanunvericiliyinə hörmət etdiklərinə əmin olmaq üçün konkret əlaqə vasitələri ilə bağlı müzakirələr gedir”, - deyə Mişel əlavə edib.
AŞ rəhbəriqeyd edib: “Brüssel nikbindir və yeni görüş təşkil etməyə cəhd etməkdə davam edir. Lakin Bakı hələ ki, yüksək səviyyəli görüşə razılıq verməyib".