Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fransada polis müəllimini öldürməyə cəhd edən məktəbli qızı saxlayıb

Tarix :
Fransada polis müəllimini öldürməyə cəhd edən məktəbli qızı saxlayıb

Fransa polisi Renn şəhərində kollecdə müəllimini qətl törətmək istəyən tələbəni saxlayıb.

Bu barədə "Parisien" qəzeti Renn prokuroru Filip Astryuka istinadən məlumat yayıb.

“2023-cü ilin sentyabrında müəssisəyə 11-12 yaşlı yeniyetmə qəbul edilib. "Bu gün mən özüm olmaq istəyirəm" deyən yeniyetmə, "Arrasdakı kimi" etmək üçün bıçaq gəzdirib", - o bildirib.

İlkin məlumata görə, şagird ingilis dili müəllimini öldürmək məqsədi ilə bıçaq götürərək dərsə gəlib: “Sinifdə dərs zamanı o, bıçaqla zərərçəkmişə hücum edərək qaçıb. Müəssisənin əməkdaşları silahı ondan alıblar. Heç kim xəsarət almayıb”.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, oktyabr ayında 20 yaşlı Mohammed Moquşkov Fransanın Arras şəhərindəki Qambetta Liseyinin əməkdaşlarına bıçaqla hücum edib. Məlumata görə, 57 yaşlı müəllim Dominik Bernard həlak olub, 3 nəfər yaralanıb.