Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“TikTok” bu il Azərbaycandan yüklənmiş yüzminlərlə videonu silib

Tarix :
“TikTok” bu il Azərbaycandan yüklənmiş yüzminlərlə videonu silib

Bu il “TikTok” istifadə qaydalarının pozulmasına görə Azərbaycandan yerləşdirilmiş 760 min videonu platformasından silib.

Bunu jurnalistlərlə görüşdə “TikTok”un əməliyyatlar departamentinin rəhbəri Yekaterina Blinets bildirib.

Bundan başqa, o deyib ki, bu il təmsil etdiyi şirkətin dəstəyi ilə Azərbaycan və Özbəkistandan olan 32 startapın fəaliyyətinə dəstək verilib. Həmçinin qeyd edib ki, “TikTok”un Azərbaycandan olan tərəfdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.