
Azərbaycanda aşağı yaş qruplarında çıxış edən iki komanda yarışlardan kənarlaşdırıb.
Bununla bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib.
Belə ki, U-10 liqasında çıxış edən “Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, U-11 liqasında təmsil olunan “Qoşqar”ın “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb. Buna görə hər iki komanda yarışlardan uzaqlaşdırılıb.
