Zelenski gözlənilmədən Norveçə getdi

Tarix :
Zelenski gözlənilmədən Norveçə getdi

Dekabrın 13-də Ukrayna prezidenti Volodimir Zelenski gözlənilməz səfərlə Norveçin paytaxtı Osloya gedib.

Bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Zelenski və Norveçin baş naziri Jonas Harom Stere müxtəlif mövzuları, o cümlədən Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün görüş keçirəcəklər.

Zelenski həmçinin bu gün Osloda keçiriləcək Skandinaviya ölkələrinin sammitində iştirak edəcək.