Ermənistanda hərbçi və polis avtomobilləri toqquşdu - Yaralılar var

Tarix :
Ermənistanda hərbçi və polis avtomobilləri toqquşdu - Yaralılar var

Ermənistanın Ararat rayonunda 20 yaşlı Nver M.-nin idarə etdiyi "Mercedes" və 33 yaşlı Armen M.-nin idarə etdiyi "Volkswagen Golf" markalı avtomobillər toqquşub.
Erməni KİV xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb. 
Məlumata görə, qəza Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli əsgər kimi xidmət edən "Mercedes"in sürücüsü  və  İrəvan patrulunu idarə edən "Volkswagen"in sürücüsünün iştirakı ilə baş verib.