Serialın çəkiliş meydanında yanğın oldu - FOTO

Tarix :
Serialın çəkiliş meydanında yanğın oldu - FOTO

Türkiyədə "Kudüs Fatihi Selahaddin Eyyubi" serialının çəkiliş meydançasında yanğın olub.
Türkiyə KİV xəbər verir ki, Kocaelinin Gebze bölgəsində film üçün ayrılan 60 hektar ərazdəki tikili anidən alovlanaraq yanmağa başlayıb.

Hadisə yerinə yanğısöndürənlər cəlb edilib.
Çətinliklə də olsa yağın ram edilib. Lakin tikilidəki bahalı dekorlar və bir çox tarixi geyimlər istifadəyə yararsız hala düşüb. Hazırda yanğının baş vermə səbəbi ararşdırılır.