İrəvanda Qazaxıstan səfirinin xidmət avtomobili qəzaya düşdü

Tarix :
İrəvanda Qazaxıstan səfirinin xidmət avtomobili qəzaya düşdü

Ermənistanın paytaxtı İrəvanda  21 yaşlı E.P-nın idarə etdiyi "Mercedes" markalı avtomobillə "Kia" toqquşub. 
Erməni mediası xəbər verir ki, hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülər xəsarət alıb. 
Məlum olub ki,  21 yaşlı E.P-nın idarə etdiyi avtomobil Qazaxıstanın Ermənistandakı səfirliyinin balansındadır və səfir Bolat İmanbayevin xidmət maşınıdır. 
Qəza faktı ilə bağlı araşdırma aparılır.