Ermənistanda əlbəyaxa davada 1 zabit öldürüldü

Tarix :
Ermənistanda əlbəyaxa davada 1 zabit öldürüldü

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində 1 zabit ölüb.
“Hraparak” xəbər verir ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb.
Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Mübahisədə Baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb.