Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Deputat Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini tənqid etdi

Tarix :
Deputat Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini tənqid etdi

"Məşğulluq mərkəzlərinin fəaliyyəti qənaətbəxş deyil. Bu məqsədlə ayrılmış vəsaitlərin rasional xərcələnəcəyi mənim üçün ciddi şübhə doğurur".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcsəinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, aidiyyəti üzrə göndərdikləri iş yerlərinin 95%-də vakansiya az qala iki aydır tutulmuş olur:
"Amma, müsbət həll olundu kimi qarşısına “üstəgəl” işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki, bu yalançı “üstəgəl” işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq xidməti də özünü doğrultmur. Özünüməşğulluq yardım deyil, biznes fəaliyyətidir. Bununla bağlı komissiya yaradılmasını təklif edirəm. Millət vəkillərinin təmsil olunduğu komissiya bir monitorinq və sorğu aparsın. Görək bu rəqəmlər nə qədər həqiqətdir? Bu komissiya da Agentliyin işinin rasionallaşdırılması üçün tövsiyələrini versin. Apardığım monitorinq həm də aşkara çıxarıb ki, real özünüməşğulluğa layiq olanlar kənarda qalır. Necə ola bilər ki, üç il gözləyəsən və sənə cavab verilməsin? Bu hansı məntiqə söykənən yanaşmadır? Dövlət Məşğulluq Agentliyinin və idarələrinin yarıtmaz əməli nəticəsində narazı insanların sayı çoxalır".