Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qusarda avtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Tarix :
Qusarda avtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Qusar rayonunun Avaran kəndi ərazisində avtobusun aşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanların rayon sakinləri - Liana Mikayılova, Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Oksana Beydiyeva, Aysel Cavadova olduğu bildirilir.

***

16.13

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

İçərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.