Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Sərnişinləri avtobusda qoyub gedən "BakuBus"un sürücüsü işdən çıxarılıb

Tarix :
Sərnişinləri avtobusda qoyub gedən "BakuBus"un sürücüsü işdən çıxarılıb

Sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.

Bu barədə “BakuBus” MMC məlumat yayıb.

Qeyd edilib ki, ötən gün baş verən hadisə üzrə daxili araşdırma yekunlaşıb:

“Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib”.

Xatırladaq ki, ötən gecə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb və başqa avtobusun gələcəyini bildirib. Sərnişinlər sürücüyə etiraz edərək avtobusu tərk etmək istəmədikdə isə sürücü mühərriki söndürüb, avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.