
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində Qəzza zolağında ölənlərin sayı 18 minə yaxınlaşıb.
“Əl-Cəzirə” telekanalı xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü nəticəsində ölənlərin sayı 17 min 997-yə yüksəlib. Bu isə son 24 saatda ölənlərin sayının 297 nəfər artması deməkdir”, - nazirliyin nümayəndəsi deyib.
O, 7 oktyabrdan bəri hücumlarda yaralananların sayının isə 49 min 229-a çatdığını bildirib.
