
İran Tehranda həbsdə olan isveçli Aİ diplomatını İsrail üçün casusluq və korrupsiyada ittiham edib.
Bu barədə "The Guardian" yazıb.
Qeyd olunub ki, bu ittihamlar ölüm cəzasını nəzərdə tutur: "Yohan Floderus ölkənin təhlükəsizliyinə qarşı genişmiqyaslı tədbirlərdə, sionist rejimlə geniş kəşfiyyat əməkdaşlığında və korrupsiyada ittiham olunur".
33 yaşlı Floderus 2022-ci il aprelin 17-də Tehran hava limanında həbs edilib.
Avropa İttifaqının diplomatik xidmətində çalışan isveçli Tehrandakı Evin həbsxanasındadır.
