Ermənistanın hakim partiyasının deputatı: "Revanşist əhval-ruhiyyəni gücləndirənləri ölkənin taleyi düşündürmür"

Tarix :
Ermənistanın hakim partiyasının deputatı: "Revanşist əhval-ruhiyyəni gücləndirənləri ölkənin taleyi düşündürmür"

Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirmək istəyən xarici qüvvələr var.

Bunu Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın mövcudluğu həmin qüvvələri maraqlandırmır: “Biz üçüncü güclərin əlində alətə çevrilməməliyik”.

Parlamentarinin sözlərinə görə, Ermənistan güclənmək və möhkəm dövlətçiliyə sahib olmaq istəyirsə, qonşularla dialoq aparmalıdır.

Deputat Azərbaycanla sülh müqaviləsinin Ermənistana lazım olduğunu diqqətə çatdırıb.