Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xersonda işgəncələrə məruz qalmış 63 nəfərin cəsədi tapıldı

Tarix :
Xersonda işgəncələrə məruz qalmış 63 nəfərin cəsədi tapıldı

Xerson vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları işgəncələrə məruz qalmış 63 nəfərin cəsədini aşkar ediblər.
Xarici KİV xəvər verir  ki,  bu  barədə  Ukrayna Daxili işlər naziri Denis Monastırski  mətbuata açıqlamasında deyib. 
Onun sözlərinə görə, hazırda rayonun işğaldan azad edilmiş hissəsində işgəncələrə məruz qalanların eksqumasiyası aparılır.
"İndiyədək Xerson vilayətinin bütün ərazisində 63 cəsəd (işgəncələrə məruz qalanların - red.) tapılıb, lakin biz başa düşməliyik ki, axtarışlar yeni başlayıb. Rusların qaldığı yaşayış məntəqələrində bu cür cinayətlərin qurbanlarının dəfn yerləri tapılacaq”, - nazir bildirib.