Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynanın elektrik infrastrukturunun obyektlərinin atəşə tutulması davam edir

Tarix :
Ukraynanın elektrik infrastrukturunun obyektlərinin atəşə tutulması davam edir

Rusiya hərbçiləri bütün gecəni səhərədək Ukraynanın Krivoy Roq vilayətini energetika strukturunun müəssisələrini atəşə tutub.

UNIAN xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Vilkul bildirib.

Onun sözlərnə görə, Krivoy Roq şəhərindən kənarda energetika infrastrukturunun obyektləri zədələnib.

Energetika ilə bağlı başqa xəbərdə bildirilib ki, Kiyev vilayəti hərbi administrasiyası bu gün saat 07.00-dan 23.00-də elektrik enerjisinə qənaət etmək məqsədi ilə elektrik enerjisinin verilməsində fasilələr yaranacaq. Kiyev Elektrik Şəbəkəsi qəzalardan yayınmaq məqsədi ilə işıqlar söndürüb. Şirkətdən bildirilib ki, 4 saat elektrik verilməyəcək. Bəzi istehlakçılar üçün bu, 8 saatadək davam edə bilər.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Valentin Rezniçenko bildirib ki, Rusiya hərbçiləri bölgənin energetika obyektlərinə zərbələr endirib. Onun sözlərinə görə, sakinlər xəsarət almasa da böyük dağıntılar var:

"Zərbələr hətta sənaye müəssisələrinə də endirilib”.

Rusiya hərbçiləri artıq ikinci həftədir Ukraynanın energetika müəssisələrini atəşə tutur.