Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ülviyyə Əliyevaya ağır itki

Tarix :
Ülviyyə Əliyevaya ağır itki

Aktrisa Ülviyyə Əliyevaya ağır itki üz verib.

Sənətçinin anası Zemfira Məmmədəliyeva 79 yaşında dünyasını dəyişib. Uzun müddətdir xərçəngdən əziyyət çəkən Z.Məmmədəliyeva bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Məlumatı Axşam.az-a Kukla Teatrından təsdiqləyiblər.

Qeyd edək ki, Zemfira Məmmədəliyeva Azərbaycanın ilk qadın təyyarə bələdçisi olub. Ü.Əliyeva açıqlamalarında bildirib ki, Z.Məmmədəliyeva onun bibisidir. Uşaq yaşlarında anası onu övladlığa verib.

"Bioloji anam Bəsti, böyüdən isə Zemfira xanımdır. Məni dünyaya gətirib, kirayə verib. Doğma atama dayı deyirəm. Anam məni bibimə övladlığa verib. Onun yeganə uşağı mən oldum" deyə, aktrisa açıqlamalarında söyləyib.