Türkiyədə yenə zəlzələ oldu

Tarix :
Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Ağrı vilayətində yenidən zəlzələ olub. 
Bu barədə Kandilli Rəsədxanasının X səhifəsində məlumat yayılıb. 
Bildirilib ki, vilayətin Doğubəyazıt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib. 
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.