Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

MKİ direktoru yenidən Kiyevə getdi

Tarix :
MKİ direktoru yenidən Kiyevə getdi

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Ukrayna prezidenti Volodimir Zelenski və onun kəşfiyyat rəhbəri ilə görüşmək üçün bir gün əvvəl Kiyevə səfər edib.
CNN xəbər verir ki, bunu bir ABŞ rəsmisi bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu ölkəyə raket hücumları zamanı Börns ABŞ səfirliyində təhlükəsiz vəziyyətdə olub.
MKİ direktorunun Kiyevə səfəri Bazar ertəsi Ankarada rusiyalı həmkarı, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşdən dərhal sonra baş tutub. Bu, Börnsın bir aydan az müddətdə Kiyevə ikinci məlum səfəridir.