
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal müdafiə və müdafiə sənayesi naziri Ənvər Əli Hayder ilə görüşüb.
Bu barədə səfir X hesabında yazıb.
Görüş zamanı ikitərəfli əlaqələr, o cümlədən Azərbaycan və Pakistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub.
