Borrell İsrailə çağırış etdi

Tarix :
Borrell İsrailə çağırış etdi

Aİ-nin xarici siyasət komissarı Josep Borrell İsraili BMT agentliklərinə Qəzza zolağında əhaliyə dəstək verməyə icazə verməyə çağırıb.
O, sosial media səhifəsində X-də yazıb:
“Mən İsraili BMT-nin bütün agentliklərini, o cümlədən onların Rezident Əlaqələndiricisi və Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinator müavini Lin Hastinqsin Qəzzada mülki şəxslərə təcili dəstək verməsini təmin etməyə çağırıram”,
Bundan əlavə, Borrell BMT Təhlükəsizlik Şurasındakı Aİ üzvlərindən və həmfikir tərəfdaşlarından dünya qurumunun baş katibi Antonio Quterreşin humanitar çöküşün qarşısını almaq çağırışına dəstək vermələrini xahiş edib.