Nevada universitetində atışma - 3 ölü, 4 yaralı - Yenilənib

Tarix :
Nevada universitetində atışma - 3 ölü, 4 yaralı - Yenilənib

Las-Veqasda Nevada Universitetində atışma olub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs tərəfindən açılan atəş nəticəsində ən azı 3 nəfər yaralanıb. 
Yaralıların sayının artacağı istisna edilmir.
***
Xarici KİV-in məlumatına görə, Nevada universitetində silahlı insident zamanı 3 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb. 
“CNN” isə hadisənin 67 yaşlı kollec professoru tərəfindən törədildiyini bildirib. Həmin şəxsin universitetlə hansı əlaqəsinin olması hələ ki məlum deyil.