
Venesuela 3 dekabr referendumundan sonra ordusunu səfərbər edib və Qayanaya müharibə elanına hazırlaşır”.
“El Pais” nəşri xəbər verir ki, bu barədə qəzetin Karakasdakı mənbələri məlumat yayıb.
İspan nəşri, həmçinin əlavə edib ki, ötən gün Qayana ordusunun çox sayda hərbi zabiti helikopter qəzası nəticəsində itkin düşüb.
Venesuelanın helikopter qəzasında əlinin olub-olmadığı bilinmir.
Xatırladaq ki, 3 dekabr referendumu nəticəsində venesuelalıların 90%-dən çoxu Qayananın Essekibo ərazisinin ilhaqına “hə” cavabı veriblər. Həmin ərazi neft yataqları ilə zəngin bir bölgə olduğu üçün hazırda Karakasla Corctaun arasında münaqişəli bölgə ilə bağlı gərginlik yaşanır.
