Zəlzələ Ermənistanda da hiss olundu

Tarix :
Zəlzələ Ermənistanda da hiss olundu

Dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ Ermənistanda da hiss olunub. 
Bu barədə erməni KİV məlumat yayıb. 
"Episentral zonada yeraltı təkanların gücü 7-8 bal təşkil edib. Zəlzələ Tavuş bölgəsinin Noyemberyan, İcevan, Dilican və Berd şəhərlərində, həmçinin Açacur kəndində 3 bal gücündə hiss olunub", - deyə məlumatda qeyd olunub. 
Qeyd edək ki, yerli vaxtla saat 08:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.