Ərdoğan Yunanıstana gedir

Tarix :
Ərdoğan Yunanıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı üçün bu gün Yunanıstana rəsmi səfər edəcək.
Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin dəvəti ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı üçün Afinaya yollanacaq. 
Bildirilir ki, Afinada prezident Ərdoğan və Yunanıstan baş nazirinin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün ölçülərdə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılması imkanları müzakirə olunacaq.