İran kosmosa 500 kq ağırlığında biokapsul göndərdi

Tarix :
İran kosmosa 500 kq ağırlığında biokapsul göndərdi

İran Yer atmosferindən kənara yeni biokapsulu uğurla buraxıb. 
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, 500 kq ağırlığında yeni biokapsul "Salman" daşıyıcı raketindən istifadə etməklə 130 km yüksəkliyə buraxılıb. Bu kapsul insanların kosmosa göndərilməsi üçün yol xəritəsinin bir hissəsi kimi hazırlanıb. Layihə İslam Respublikası Müdafiə Nazirliyinin yurisdiksiyasında olan Aerokosmik Sənaye Təşkilatı tərəfindən həyata keçirilib.