
Bakıda uşaq sığınacağındakı azyaşlılar qızılcaya yoluxub.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, qızılcaya yoluxanların əksəriyyəti 5 yaşınadək olan uşaqlardır. Sığınacağın 2 əməkdaşı isə xəstəxanaya yerləşdirilib.
