Metroda oğurluq edən şəxs saxlanıldı

Tarix :
Metroda oğurluq edən şəxs saxlanıldı

İctimai nəqliyyatda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, metro stansiyalarının birində bir nəfərin mobil telefonunu oğurlamaqla bağlı polisə məlumat daxil olub. 
Keçirilən axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü V.Qasımlı şübhəli bilinərək tutulub. 
Faktla bağlı araşdırma aparılır.