Ermənistan İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyir.
Xarici KİV xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi jurnalistlərə açıqlamasında bildirib.
"İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, - Səfəvi deyib.