Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Movida Plaza"da dava: İki nəfər saxlanıldı, cərimə edildi

Tarix :
"Movida Plaza"da dava: İki nəfər saxlanıldı, cərimə edildi

"Movida Plaza” şadlıq sarayında dava salan şəxslərlə mübahisə edənlərə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün bundan əvvəl baş verib. 

Belə ki, şadlıq sarayında adları açıqlanmayan şəxslər mübahisə edib. Mübahisə daha sonra restoranın qarşısında dava ilə nəticələnib. 

Davaya 1995-ci il tarixdə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş Cahid Əliyev (soyad şərti) və 1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Elçin Cavadov (soyad şərti) adlı şəxslər də qoşulub. 

Onlar polis tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 


Hər iki şəxs hadisəni içkili törətsələr də, özülərini günahkar bilməyib və özlərini müdafiə ediblər. Bildiriblər ki, N.Tusi küçəsində yerləşən "Movida Plaza"nın qarşısında olanrkən restorandan çıxan tanımadıqları şəxslər münaqişə ediblər: "Bu zaman hər ikimiz onları sakitləşdirməyə çalışdığımız zaman polis əməkdaşları yaxınlaşaraq nə baş verdiyini soruşdu və sonra bizi polis bölməsinə aparmaq istədilər. Onlar baş vermiş hadisəyə heç bir aidiyyatımızın olmadığını izah edən zaman sözlü mübahisə yarandı. Nəticədə bizi polis bölməsinə apardılar".

Polis Elçin və Cahidi həkim müayinəsindən keçirilib və onların orta dərəcələri sərxoş olması müəyyən edilib. 

Məhkəmənin qərarı ilə hər iki şəxs məhkəmə iclas zalından azadlığa buraxılıb cə 150 manat məbləğində cərimə edilib.

Davada iştirak edən əsas şəxslərlə bağlı isə heç bir məlumat yoxdur.