Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Tarix :
Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən, Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb.  Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.