
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında vəfat edib.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Z.Hüseynzadə uzunsürən xəstəlikdən dünyasını dəyişib. O, dekabrın 6-da Ağstafa rayonunda Yenigün kənd qəbiristanlığında valideynlərinin yanında dəfn ediləcək.
