Putin sabah 2 ölkəyə səfər edəcək

Tarix :
Putin sabah 2 ölkəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin dekabr ayının 6-da BƏƏ və Səudiyyə Ərəbistanına işgüzar səfərlər edəcək.
Bu barədə TASS məlumat yayıb. 
Putinin mətbuat katibi Dmitri Peskov bu barədə deyib: "Prezident Putin sabah Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına işgüzar səfərlər edəcək. Bütün bunlar faktiki olaraq bir gündə baş verəcək".