Çavuş komandirini GÜLLƏLƏDİ

Tarix :
Çavuş komandirini GÜLLƏLƏDİ

Xerson vilayətinin Knyaze-Qriqoryevka kəndində münaqişə zamanı çavuş leytenantı güllələyib və sıravi əsgəri yaralayıb.
Rusiya mediası bildirir ki, münaqişə zamanı tağımlardan birinin komandir müavini olan çavuş “AK-74”dən atəş açıb. Atışma zamanı o, tağım komandirini öldürüb, sıravi əsgəri yaralayıb. Əsgər boynun supraklavikulyar nahiyəsindən kəsilmiş yara alıb və xəstəxanaya yerləşdirilib. Çavuş saxlanılıb.
Hadisəni İstintaq Komitəsinin hərbi müstəntiqləri yoxlayır.