Rusiyadan qaçan eks-deputatın əmlakı müsadirə edildi

Tarix :
Rusiyadan qaçan eks-deputatın əmlakı müsadirə edildi

Dələduzluqla bağlı cinayət işi çərçivəsində krasnoyarsklı iş adamı, eks-deputat Roman Qoldmanın “Goldman Group”a məxsus aktivlərinə həbs qoyulub.
Bu barədə Rusiya KİV-ləri  məlumat yayıb. 
 ""Goldman Group"a məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubldan çox məbləğdə müsadirə edilib", - KİV-lərin birində qeyd olunub.  
Xatırladaq ki, Krasnoyarsk diyarının Qanunvericilik Məclisinin keçmiş deputatı Roman Qoldman dələduzluqda ittiham olunaraq axtarışa verilib.