Qobuda maşını dirəyə çırpan sürücü öldü

Tarix :
Qobuda maşını dirəyə çırpan sürücü öldü

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Qobu qəsəbəsində baş verib. 66 yaşlı Məlikov Asif Müslüxan oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobili işıq dirəyinə vurub. Nəticədə sürücü yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb.