Hərbçilərimiz şərti düşmən hədəflərini belə məhv etdi - VİDEO

Tarix :
Hərbçilərimiz şərti düşmən hədəflərini belə məhv etdi - VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.
Müdafiə Nazirliyi xəbər verir ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.
Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.