Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Ermənistanın ziyan vurduğu ərazilərin xəritələri çəkilib“ - Elman Nəsirov

Tarix :
“Ermənistanın ziyan vurduğu ərazilərin xəritələri çəkilib“ - Elman Nəsirov

"Ermənistanın Azərbaycana vurduğu ziyanın ərazilərin xəritələri çəkilib".
Bu sözləri müsahibə verərkən deputat Elman Nəsirov deyib.
"Əvvəla onu qeyd edim ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması strateji niyyət olsa da bu o demək deyil ki, Azərbaycan otuz il ərzində Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti bunun ağır nəticələrinə münasibətdə heç bir tələbi olmayacaq.  Xeyr! məsələ belə deyil.  Ermənistan otuz il ərzində Azərbayacana vurduğu maddi ziyanı ödəməlidir, ekosistemi dağıdıb, maddi və mənəvi sərvətlərimizi, tariximizin abidələrini yerlə yeksan edib, mədəni irsimizi məhv edib onları ödəməlidir. Bununla bağlı Azərbaycan müvafiq beynəlxalq qurumlarla da danışıqlar aparıb müəyyən razılışmalarda var ki, bu sahədə xüsusi təcrübəsi olan beynəlxalq qurumlar hesablamalar aparıb və xüsusilə də Ermənistanın Azərbaycana vurduğu ziyanın ərazilərin xəritələri çəkilib, xəritələr hazılanıb ilkin hesablamalar aparılıb və bu prosessə büynəlxalq səviyyədə qiymət vermilməsi üçün üçün qeyd etdiyim kimi müvvafiq qurumlarla iş aparılıb və sonda isə Ermənistana Azərbaycan tərəfindən tələblər irəli sürüləcək. Söhbət təzminatla bağlı tələb olunan xəbərdən gedib. Eyni zamanda Ermənistan Azərbaycana qarşı uzun bir tarixi dövrdən, müharibə bitdikdən sonra da mina terroru siyasəti həyata keçirib. Ərazilərimizə bir milyon yarımdan artıq, bir tam onda beş milyondan artıq mina basdırıb. Bunun nəticəsində 337 nəfər mina müharibəsinin qurbanına çevrilib. Onlardan 65 nəfər dünyasını dəyişib, reallıq budur, buna görədə Ermənistan tərəf Azərbaycana təzminat ödəməlidir" - deyə bildirib.