
Rusiya tərəfi hələlik saziş çərçivəsində Ermənistana heç bir silah göndərməyib.
Bu barədə Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, silah tədarükü müqaviləsi hələ də qüvvədədir: "Hər zaman ümid var."
O, buna görə Rusiyanı məhkəməyə vermək ehtimalını da qiymətləndirib: "Lakin düşünürəm ki, məsələ tərəfdaşlıq yolu ilə həll olunacaq".
