Keçmiş səfir casusluğa görə saxlanıldı

Tarix :
Keçmiş səfir casusluğa görə saxlanıldı

ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə Mayamidə saxlanılıb. 
Xarici KİV xəbər verir ki, eks-səfir Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı apardığı “əks-kəşfiyyat” araşdırması nəticəsində yaxalanıb. 
 Məlumata görə, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub. 
Məsələ ilə bağlı ABŞ-dən hələlik heç bir açıqlama verilməyib.